21 İyun 2024, 18:15
FUTBOL
Frankfurt polisi AVRO-2024-ün iştirakçısı olan İngiltərə millisinin səkkiz azarkeşini müxtəlif qanun pozuntularına görə həbs edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sky Sports”un jurnalisti Kave Solhekol X sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, azarkeşlər sərxoş vəziyyətdə elektrik skuteri sürmək, bədən xəsarəti yetirmək və narkotik haqda qanunları pozmaq kimi cinayətlərə görə həbs ediliblər.
Xatırladaq ki, ötən gün İngiltərə yığması qrup mərhələsinin 2-ci turunun matçında Danimarka millisi ilə 1:1 hesabı ilə heç-heçə edib. Növbəti mərhələdə İngiltərə yığması Sloveniya ilə qarşılaşacaq. Oyun iyunun 25-də baş tutacaq.