“Şamaxı” klubu gənc qapıçı Sahib Həsənovla müqaviləni yeniləyib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiperlə 2 illik müqavilə imzalanıb.

Lakin qapıçı növbəti mövsümü icarə əsasında I Liqa təmsilçisi “Difai Ağsu”da keçirəcək.

Qeyd edək ki, "Şamaxı" 2023/2024 mövsümünü 57 xalla birinci pillədə başa vurub və Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest