22 İyun 2024, 01:43
FUTBOL
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Niderland - Fransa matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızların heyətində Nqolo Kante qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
90 dəqiqə meydanda olan 33 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.