“Real”ın müdafiəçisi Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubuna keçməyə yaxındır.

Matc.az xəbər verir ki, tərəflər danışıqların son mərhələsindədir. Müqavilə iki il müddətinə bağlana bilər. Futbolçunun özü də transferə böyük maraq göstərir.

Xatırladaq ki, Naço “Real”ın yetirməsidir və 2011-ci ildə Joze Mourinyonun rəhbərliyi altında La Liqada debüt edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest