22 İyun 2024, 21:56
FUTBOL
Boluda təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, komanda Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb. Matç “Orenburq”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Zirə" iyunun 25-də Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.