“Yuventus” 20 yaşlı cinah yarımmüdafiəçisi Samuel Aylinq və 22 yaşlı yarımmüdafiəçi Enso Barreneçeanı “Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luislə dəyişəcək.
“Yuventus” 20 yaşlı cinah yarımmüdafiəçisi Samuel Aylinq və 22 yaşlı yarımmüdafiəçi Enso Barreneçeanı “Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luislə dəyişəcək. Həmçinin bildirilir ki, italyanlar britaniyalılara əlavə 28 milyon avro ödəyəcək.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, artıq klublar arasında mübadilə ilə bağlı şifahi razılıq əldə olunub.
Luis 2019-cu ildən “Aston Villa”da oynayır. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 53 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.