23 İyun 2024, 00:40
FUTBOL
“Turan Tovuz” baş məşqçisi postuna gətirdiyi Qurban Berdiyevlə müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə sport24.ru saytına Qərb təmsilçisinin idman direktoru Səməd Nəsibov bildirib. Onun sözlərinə görə, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
“Dünən axşam Kurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".