“Feyenoord”un və Slovakiya millisinin müdafiəçisi David Qantsko “Atletiko” futbolçusu ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Marca” internet nəşri paylaşıb.
Bildirili ki, İspaniya klubu Slovakiya millisinin Almaniyada keçirilən Avropa çempionatında çıxışı dayandırmasını gözləyir. Madridlilər ümid edir ki, bu, oyunçunun transferi ilə bağlı danışıqları sürətləndirəcək. Onlar futbolçunu mövsümün əvvəlinə kimi heyətinə qatmaq istəyirlər. O da bildirilir ki, AVRO-2024-ün 2-ci turunda Ukrayna ilə oyundan sonra Qantskonun əzələlərində problem yaranmış ola bilər və bu hal da transferi sürətləndirə bilər.
Qeyd edək ki, Qantsko 2022-ci ildən “Feyenoord”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi klubda bütün turnirlərdə 48 oyun keçirib və bu oyunlarda 7 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.