“Berdıyev çox təcrübəlidi, amma Azərbaycan çempionatında "Qarabağ"la mübarizə aparmaq çətindi". Matc.az xəbər verir ki, bu sözləri rusiyalı mütəxəssis Yuri Syomin deyib.

2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırmış Syomin ölkəsinin mətbuatına açıqlama verib. O, Kurban Berdıyevin "Turan Tovuz"a baş məşqçi təyin edilməsi haqda danışıb.

O bildirib ki, Berdıyev yüksək keyfiyyətlərə malik məşqçidi, bununla belə, “Qarabağ”la rəqabət aparmaq çətin olacaq: “Çünki bu komandanın çox güclü baş məşqçisi var. “Qarabağ” yaxşı təşkilatlanmış komandadı. Berdıyev onlarla rəqabət apara biləcək komanda qura bilsə, yaxşı olar. Amma “Turan Tovuz”un beynəlxalq səviyyəyə çıxıb-çıxmayacağını bilmirəm. Azərbaycan Premyer Liqasında daha bir ciddi komanda - “Neftçi” var”.

Qeyd edək ki, K.Berdıyev "Turan Tovuz"la 2+1 illik müqaviləyə qol çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest