24 İyun 2024, 17:10
FUTBOL
“Səbail”in 2024-25 mövsümü üçün yay hazırlıq planı bəlli olub. Matc.az xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçəcək.
“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.
“Səbail” iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də Superliqa iştirakçısı “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
“Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.