“Atalanta”da yarımmüdafiəçi Mario Paşaliçlə bağlı qərar verilib. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu Berqamo təmsilçisindəki karyerasını davam etdirəcək.

Xorvatiya millisinin üzvü bir neçə nəhəngin maraq dairəsinə düşsə də, italyanlar onu satmaqdan imtina edib. Əksinə, Paşaliç hazırkı komandası ilə müqavilə müddətini 2027-ci ilin yayına qədər uzatmağa hazırlaşır. Tərəflər danışığın son mərhələsindədi.

Qeyd edək ki, Mario Paşaliç “Atalanta”ya 2020-ci ildə “Çelsi”dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest