“Turan Tovuz” daha bir futbolçunu heyətinə qatıb. Matc.az xəbər verir ki, bölgə təmsilçisi Tural Bayramlı ilə anlaşıb.

26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz Naxçıvan” klublarının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest