25 İyun 2024, 10:54
FUTBOL
“Turan Tovuz”un yeni baş məşqçisi təsdiqlənib. Matc.az xəbər verir ki, Kurban Berdıyev bölgə təmsilçisinin yeni çalışdırıcısı təyin olunub.
Aparılan danışıqlardan sonra tanınmış mütəxəssislə 2+1 illik müqavilə bağlanılıb. Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.
PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-21 mövsümdə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.