FİFA Parisdə yerləşən əsas ofisini bağlaya bilər. Matc.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Bildirilib ki, ali futbol qurumu cəmi 3 il əvvəl açılmasına baxmayaraq, ofisini bağlamağı planlaşdırır. Dekabrın sonunda, ofisin yerləşdiyi binanın icarə müddəti başa çatdıqdan sonra bağlanacağı gözlənilir. Bunu FİFA-nın üzv assosiasiyalar üzrə direktoru Kenni Jan-Marie də istisna etməyib.

Qeyd edək ki, FİFA 1904-cü ildə Parisdə yaradılıb və 1932-ci ildən qərargahı Sürixdə (İsveçrə) yerləşir. Təşkilata 2016-cı ildən Canni İnfantino prezidentlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest