25 İyun 2024, 16:04
FUTBOL
“Qırmızı-qaralar”ın kapitanı 2024/2025 mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək.
I Liqada çıxış edəcək “Qəbələ” kapitanı Asif Məmmədovla yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, 38 yaşlı futbolçunun sözləşməsinin müddəti 1 illik uzadılıb.
Bu barədə məlumat klub tərəfindən yayılıb.
“Qırmızı-qaralar”ın kapitanı 2024/2025 mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Asif Məmmədov 2015-ci ilin yayından “Qəbələ”nin uğurları üçün çalışır. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb.