"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Şerif” klubu heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Tiraspol təmsilçisi əlcəzairli futbolçu ilə müqavilə imzalayıb.

Belə ki, Rusiyanın SSKA klubundan Sid Əhməd transfer olunub. 19 yaşlı yarımmüdafiəçi son 6 ayı icarə əsasında "Şerif"də keçirib. İndi isə onun transfer hüququ birdəfəlik alınıb.

Qeyd edək ki, "Zirə"nin "Şerif"lə ilk oyunu iyulun 11-də səfərdə, cavab matçı isə 18-də evdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest