25 İyun 2024, 17:45
FUTBOL
Yeni mövsüm üçün heyətini komplektləşdirməklə məşğul olan “Turan Tovuz” daha bir futbolçunu rənglərinə bağlayıb. Matc.az xəbər verir ki, Qərb təmsilçisi legioner qapıçı transfer edib.
Belə ki, vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının şərəfini qorumuş İvan Konovalov bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq. Onunla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Konovalov Moskva “Spartak”ının yetirməsidi. O, Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.