Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar sorğuda iştirak edib və ondan indiyədək birlikdə oynadığı ən çirkin futbolçunun kim olduğu soruşulub.
Matc.az xəbər verir ki, o, bu suala cavab olaraq Vinisiusun adını çəkib.
“Mən çoxlu çirkin oyunçularla oynamışam. Bütün hörmətlə, bu Vinisius Juniordur. Bağışla, səni sevirəm, amma o, çox gülməli adamdır. Çirkin, lakin gülməli”.
Xatırladaq ki, Neymar və Vinisius Braziliya millisində tərəfdaşdırlar.
Ötən mövsüm Vinisius bütün yarışlarda 40 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.