26 İyun 2024, 14:27
FUTBOL
“Zirə”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə keçirəcəyi ilk oyunun hakimi müəyyənləşib. Matc.az xəbər verir ki, Moldovada reallaşacaq qarşılaşma isveçrəli Alessandro Dudiçə həvalə olunub.
İyulun 11-də keçiriləcək "Şerif" - "Zirə" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Oyun “Şerif” İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu isə 1 həftə sonra saat 20:00-da “Liv Bona Dea Arena" gerçəkləşəcək.