Qrup mərhələsinin oyunlarının başa çatması ilə AVRO-2024-də 1/8 finalın bütün cütləri müəyyənləşib. Pley-off mərhələsinə iyunun 29-da start veriləcək.
Qrup mərhələsinin oyunlarının başa çatması ilə AVRO-2024-də 1/8 finalın bütün cütləri müəyyənləşib.
Matc.az xəbər verir ki, pley-off mərhələsinə iyunun 29-da start veriləcək. İlk olaraq İsveçrə və İtaliya milliləri üz-üzə gələcəklər.
Türkiyə millisi 1/8 finalda Avstriya ilə qarşılaşacaq. Bu matç 2 iyulda baş tutacaq və mərhələnin son görüşü olacaq.
1/8 finalın bütün cütləri belədir:
AVRO-2024
29 iyun
20:00. İsveçrə - İtaliya
23:00. Almaniya - Danimarka
30 iyun
20:00. İngiltərə - Slovakiya
23:00. İspaniya - Gürcüstan
1 iyul
20:00. Fransa - Belçika
23:00. Portuqaliya - Sloveniya
2 iyul
20:00. Rumıniya - Niderland
23:00. Avstriya - Türkiyə