Kilian Mbappenin vəkilləri PSJ-dən borcun ödənilməsini tələb edib. Matc.az xəbər verir ki, Paris təmsilçisi apreldən bəri forvardın maaşını və bonuslarını ödəməyib.

Ümumi borc isə 100 milyon avroya yaxındı. Klub hesab edir ki, Kilian gedişinin nəticələrini yüngülləşdirmək üçün ona ödənilməli olan məbləğin bir hissəsindən imtina etməyə razılaşıb. Lakin bununla bağlı rəsmi razılıq yoxdu.

Mbappenin vəkilləri PSJ-yə borcun ödənilməsi tələbi ilə yekun bildiriş göndərib. Lakin Fransa çempionu bu tələbi təmin etmək niyyətində deyil. Çünki rəhbərlik ayrıldıqdan sonra ulduz futbolçunun açıqlamalarından narazıdı. Ola bilər ki, tərəflər məsələni məhkəmə yolu ilə həll etsinlər.

Qeyd edək ki, Kilian Mbappe azad agent kimi “Real”a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest