27 İyun 2024, 13:10
FUTBOL
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Matc.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 18-də keçiriləcək “Tirana” (Albaniya) - “Torpedo” (Kutaisi, Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq.
Tirana şəhərində yerləşən “Arena Kombetare” stadionunda keçiriləcək cavab matçını çexiyalı hakim Dalibor Çerni idarə edəcək.