UEFA Konfrans Liqasında iştirak edəcək “Sabah” klubu növbəti transferini həyata keçirilib. Matc.az xəbər verir ki, Coy-Lens Mikelsi heyətinə qaytaran paytaxt təmsilçisi bu dəfə xorvatiyalı futbolçu ilə güclənib.
Belə ki, 24 yaşlı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa “bayquşlar”ın sıralarına cəlb edilib. Məlumatı “Sabah” klubu rəsmən açıqlayıb. Xorvatiyanın “Slaven Belupo” klubundan transfer edilən Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb. O, “Sabah”da 13 nömrəli formada çıxış edəcək.
İvan futbolçu karyerası ərzində Xorvatiyanın “Rieka” (2018-2023), həmçinin icarə əsasında bu ölkənin “Zadar” (2018/19), Almaniyanın “Arminiya” (2022/23) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə “Rieka”dan “Slaven Belupo”ya keçib.
Qeyd edək ki, futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.