“Mançester Yunayted” “Barselona”nın 25 yaşlı mərkəz müdafiəçisi Ronald Arauxonu almaqda ciddi maraq göstərir və ingilis klubuna keçməyə razı olarsa, maaşını ikiqat artırmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sport.es” paylaşıb.

Bildirilir ki, uruqvaylı müdafiəçi bundan əvvəl “Barselona”nın yeni müqavilə təklifini rədd edib və təklifi daha sonra nəzərdən keçirəcəyi vədini verib. Kataloniya klubunun 30 iyun 2024-cü ilə qədər Arauxonun müqaviləsi ilə bağlı vəziyyəti həll etmək istədiyi vurğulanır.

Xatırladaq ki, müdafiəçi ötən mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, bir qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest