28 İyun 2024, 00:36
FUTBOL
Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni oyunçu cəlb edib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq “Benfika” oynayan Rafa Silva ilə 3 illik müqavilə imzalanıb.
31 yaşlı hücumçunun İstanbul klubunda hər mövsüm üçün 6 milyon avro qazanacağı da açıqlanıb.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü 2016-cı ildən “Benfika”da çıxış edirdi. O, daha əvvəl “Feyrense” və “Braqa”da da oynayıb.