28 İyun 2024, 12:18
FUTBOL
“Neftçi” yarımmüdafiəçisi Ataa Caberlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
29 yaşlı oyunçu ilə başa çatan müqavilə yenilənməyib. Ona qədər bakılılar yarımmüdafiəçi Eddi İsrafilov və qapıçı Aqil Məmmədovla da vidalaşmışdı.
Qeyd edək ki, 2022-ci ilin iyununda transfer olunan Ataa Caber “Neftçi”nin heyətində 58 oyunda meydana çıxıb, 9 qol vurub.