28 İyun 2024, 12:57
FUTBOL
Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxovun yeni klubu müəyyənləşib. 28 yaşlı pleymeyker “Sumqayıt”a qayıdıb. “Gənclik şəhəri” təmsilçisi onun dönüşünü sosial şəbəkə vasitəsilə elan edib.
Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxovun yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 28 yaşlı pleymeyker “Sumqayıt”a qayıdıb.
“Gənclik şəhəri” təmsilçisi onun dönüşünü sosial şəbəkə vasitəsilə elan edib. Lakin sözləşmənin detalları barədə hələ məlumat verilməyib.
Ötən mövsüm bitən kimi “Zirə”dən ayrılan Rəhim Sadıxov “Sumqayıt”a azad agent kimi keçib.
Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illərdə “Sumqayıt”ın formasını geyinib. O, “Zirə”yə məhz “kimyaçılar”dan keçmişdi.