28 İyun 2024, 14:46
FUTBOL
“Sabah”ın Konfrans Liqasındakı rəqibi “Makkabi" yeni mövsümə hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununa çıxıb. Matc.az xəbər verir ki, Hayfa klubu Petax-Tikva "Makkabi"si ilə qarşılaşıb.
“Sabah”ın rəqibi bu görüşdə 1:3 hesabı ilə uduzub. "Yaşıllar"ın yeganə qolunu 30-cu dəqiqədə Din David vurub.
Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında ilk oyun iyulun 25-də İsraildə, cavab oyunu isə avqustun 1-də Bakıda keçiriləcək.