“Əl-İttihad” Zlatko Daliçi baş məşqçi postuna dəvət etmək istəyir. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu yaxın vaxtlarda müqaviləsini ləğv etmək üçün razılaşmalı olduğu Marselo Qalyardonun yerinə çalışdırıcı axtarır.

Klub rəhbərliyi hesab edir ki, Xorvatiya millisinin baş məşqçisi komandanı əla nəticələrə gətirmək üçün bütün lazımi keyfiyyətlərə malikdi. O, Səudiyyə Ərəbistanında “Əl-Faysal” və “Əl-Hilal”da uğurlu fəaliyyəti ilə tanınıb.

“Əl-İttihad” rəhbərliyi tezliklə Daliçlə rəsmi danışıqlara başlamağı planlaşdırır. Qalyardonun maaşı ildə 24 milyon dollar idi. Klub Daliçə ildə 20 milyon təklif etməyə hazırdı.

Ərəblər onun DÇ-2026-nın sonuna qədər Xorvatiya millisində qalmasına da qarşı deyil. Xorvatiya Futbol İttifaqının prezidenti Marian Kustiç açıqlamasında bu məlumatı təsdiqləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest