Rusiya millisinin baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalanıb. Matc.az xəbər verir ki, 55 yaşlı çalışdırıcının sözləşməsinini müddəti daha 4 il müddətinə artırılıb.

V.Karpin 2021-ci ildən Rusiya yığmasının “sükanı arxasındadı”. Ruslar onun rəhbərliyi altında 18 oyuna çıxıb və bu görüşlərdə 11 qələbə qazanıb, 6 heç-heçə edib, 1 dəfə isə uduzub.

Qeyd edək ki, Karpin paralel olaraq “Rostov” klubunu da çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest