“Kəpəz”in yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcəyi komandalardan biri müəyyənləşib. Matc.az xəbər verir ki, Gəncə klubu Premyer Liqaya qayıdan “Şamaxı” ilə üz-üzə gələcək.

Məlumatı “Kəpəz”in mətbuat xidməti yayıb. Bildirilir ki, qarşılaşma iyulun 14-də baş tutacaq. Qəbələdə keçiriləcək görüş saat 17:30-da start götürəcək.

Qeyd edək ki, “Kəpəz” növbəti mövsümün hazırlığına iyunun 29-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest