Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Gülərin “Real”dakı taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu Madrid təmsilçisində qalacaq.

Belə ki, “kral klubu” Ardanın icarəyə verilməsini istəməyib. İtaliyalı çalışdırıcı Gülərin ixtiyarında qalmasını tələb edib. O, növbəti mövsümdə istedadlı xavbekə daha çox şans vermək niyyətindədi.

Qeyd edək ki, Arda Gülər "Real"da keçirdiyi 12 oyunda 6 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest