“Qəbələ”nin yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə bölgə klubunun əvəzedici komandasında oynayıb. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb.

I Liqada çıxış edəcək "Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Matc.az xəbər verir ki, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək.

23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. “Qəbələ”nin yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə bölgə klubunun əvəzedici komandasında oynayıb. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest