Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” bu gün ilk oyununa çıxıb.

Matc.az xəbər verir ki, Xaçmaz təmsilçisi ilkin mərhələnin B qrupunda Gürcüstanın “Football School Bridge” klubu ilə qarşılaşıb. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Şimal”ın növbəti rəqibi “Qothenburq” (İsveç) klubu olacaq. Qarşılaşma 1 iyul tarixində baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest