“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luiz karyerasını “Yuventus”da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Turin klubunun rəsmi saytı paylaşıb.

Bildirilir ki, transferin məbləği 50 milyon avro olub.

Qeyd edək ki, Braziliya millisinin 26 yaşlı yarımmüdafiəçisi “Vasko da Qama”nın yetirməsidir. 2017-ci ilin yayında 12 milyon avroya “Mançester Siti”yə keçib. Daha sonra “Jirona”da icarə əsasında çıxış edib. 2019-cu ilin yayında isə 16,8 milyon avroya “Aston Villa”ya transfer olub.

Birmingem klubunun tərkibində Duqlas Luis 204 oyun keçirib, 22 qol vurub və 24 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest