01 İyul 2024, 09:11
FUTBOL
Amerika Kubokunda qrup mərhələsinin III turu davam edir. Matc.az xəbər verir ki, B qrupunda son oyunlar keçirilib.
Yamaykanı 3 cavabsız topla məğlub edən Venesuela ilk dəfə maksimum nəticə ilə qrup səddini aşıb. Meksika ilə qolsuz bərabərə qalan Ekvador isə 2-ci yeri tutub.
Beləliklə, 1/4 final mərhələsinin ilk cütlükləri müəyyənləşib. Bu raundda Argentina Ekvadorla, Venesuela isə Kanada ilə qarşılaşacaq. Bu matçlar iyulun 5-də baş tutacaq.
Amerika Kuboku
B qrupu, III tur
Yamayka – Venesuela – 0:3
Qollar: Eduard Bello, 49, Salomon Rondon, 56, Erik Ramires, 85
Meksika – Ekvador – 0:0