2024-cü ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı araşdırma aparıb.
Milli komandada və qitə kuboklarında ən çox fərqlənən oyunçu “Olimpiakos”un mərakeşli futbolçusu Ayub El-Kaabidi. O, 14 qolla siyahıya başçılıq edir. Akram Afif (Qətər, “Əl-Sədd”) 11 qolla ikinci, Aymen Hussein (İraq, “Al-Quva”) 10 qolla üçüncü sırada qərarlaşıb.
1. Ayub El-Kaabi (Mərakeş / “Olimpiakos”) – 14 qol
2. Akram Afif (Qətər, “Əl-Sədd” - 11
3. Aymen Hussein (İraq, “Al-Quva”) - 10
4. Salomon Rondon (Venesuela, “Paçuka”) - 10
Sofian Rahimi (Mərakeş, “Əl-Ain”) - 10
6. Ademola Lukman (Nigeriya, “Atalanta”) - 9
7. Musa Əl-Tamari (İordaniya, “Monpelye”) - 8
Cordan Ayyu (Qana, “Kristal Pelas”) - 8
9. Darvin Nunyes (Uruqvay, “Liverpul”) - 8