Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan və İsveçrə ilə oyunlarının heyəti müəyyənləşib. Baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan və İsveçrə ilə oyunlarının heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 24 futbolçuya dəvət göndərib.

Komanda bu gündən Bakıda hazırlığa başlayıb. Komanda gündə iki dəfə məşq keçəcək. İyulun 8-dən isə tam heyətlə təlim-məşq toplanışı start götürəcək.

Toplanışa dəvət olunan futbolçuların siyahısı belədi: Günay İsmayılova, Mehriban Şahməmmədova, Manə Mollayeva, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Milana Rəhimova (hamısı “Neftçi”), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Yenisey”, Rusiya), Yeliz Acar, Peritan Bozdağ (hər ikisi “Fatih Vətən” Türkiyə), Kristina Bakarandze, Nazlıcan Parlak (hər ikisi “Qalatasaray”, Türkiyə), Aytac Şərifova (“Trabzonspor”, Türkiyə), Nərgiz Əliyeva (“KDZ Eregli Spor”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Nərgiz Hacıyeva (“Aktobe”, Qazaxıstan), Ayşən Əhmədova (“Krılya Sovetov”, Rusiya), Fidan Cəfərova (“Baku Juniors”), Vüsalə Hacıyeva (“Amedspor”, Türkiyə), Kamilla Məmmədova (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Bəylərbəyi Spor”, Türkiyə), Esra Manya (“Beşiktaş”, Türkiyə), Sevinc Cəfərzadə (“Eastern Flames”, Səudiyyə Ərəbistanı), Vüsalə Seyfəddinova (“Olimpiada Imittou”, Yunanıstan).

Qeyd edək ki, millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstanla, 16-da isə Lozannadakı “Olimpik De La Pontez” stadionunda İsveçrə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest