Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” yay təlim-məşq toplanışının ilk mərhələsini başa vurub. Matc.az xəbər verir ki, baş məşqçi Samir Abasov son gündə dəniz kənarında hazırlıq keçib.

Çalışdırıcı yetirmələrinə bir günlük istirahət verib. Komanda iyulun 3-də toplaşaraq, axşam saatlarında toplanışın növbəti mərhələsi üçün Türkiyənin Ankara şəhərinə yollanacaq.

Qeyd edək ki, “Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan klubu “Fehervar”la qarşılaşacaq. İlk oyun iyulun 25-də Sumqayıtda, cavab görüşü isə ayın 31-də Macarıstanda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest