Futzal üzrə UEFA Çempionlar Liqasında iştirakçı klubların reytinq cədvəli və hansı mərhələdən yarışa qoşulacaqları bəlli olub. Matc.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” hazırda 25-ci pillədə yer aldığından yeni mövsümə də ilkin mərhələdən start verəcək.
Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən bildirilib. Naxçıvan təmsilçisi püşkatmaya V səbətdən qoşulacaq. Çempionatda 52 federasiyanı təmsil edən 56 klub mübarizə aparacaq. İlkin mərhələdə UEFA-nın açıqladığı klubların reytinq cədvəlinin 24-55-ci pillələrində qərarlaşan 32 komanda iştirak edəcək. Onlar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcəklər və yalnız qrup qalibi olan komandalar (cəmi 8 klub) əsas mərhələyə vəsiqə qazanacaq və B yolunda mübarizə aparacaqlar. Oyunlar avqustun 20-25-i aralığında keçiriləcək. Hər qrupun oyunu bir ölkədə təşkil olunacaq. Artıq komandalar səbətlərə bölünüblər.
I səbət: ev sahibləri
“Diamant Linz” (Avstriya), qrupunun 1-cisi
“Tirana” (Albaniya), qrupunun 2-si
“Amiqo Northvest” (Bolqarıstan), qrupunun 2-si
“Hyörrinq” (Danimarka), qrupunun 2-si
“Uddevalla” (İsveç), qrupunun 2-si
“Klik Kişinyov” (Moldova), qrupunun 3-sü
“Forca” (Şimali Makedoniya), qrupunun 3-sü
“Mançester” (İngiltərə), qrupunun 3-sü
II səbət: qrupunun 4-sü (reytinq 48-55)
“Ranger” (Andorra)
“Aberdin” (Şotlandiya)
“Cymru” (Uels)
“Sparta Belfast” (Şimali İrlandiya)
“İstanbul Şişli” (Türkiyə)
“İsbyonin” (Danimarka)
“Europa” (Cəbəllütarıq)
“Makkabi Netanya” (İsrail)
III səbət: qrupunun 3-cüsü (reytinq 40-47)
“Vellimdorf” (Almaniya)
AEK (Yunanıstan)
“Utleyra İdrettslaq” (Norveç)
“Sillamae Silla” (Estoniya)
“Fiorentina” (San Marino)
IV səbət: qrupunun 2-cisi (reytinq 32-39)
“Yerevan” (Ermənistan)
“Georgians” (Gürcüstan)
“Blue Magiç Dublin” (İrlandiya)
AEL Limassol (Kipr)
V səbət: qrupunun 1-cisi (reytinq 24-31)
“Kataniya” (İtaliya)
“ARAZ-NAXÇIVAN” (AZƏRBAYCAN)
KMF Titoqrad (Monteneqro)
“Şiroki Briyeq” (Bosniya və Herseqovina)
“Minerva” (İsveçrə)
“Akaa” (Finlandiya)
“Tiqers Roermond” (Niderland)
24 komanda mübarizəyə əsas mərhələdən başlayacaq. İlkin mərhələdə öz qrupunun qalibi olan 8 klub da onlara qoşulacaq. Bu dəfə 32 komanda iki fərqli - A və B yolunda qruplara bölünəcəklər.
B yolunda reytinq cədvəlinin 12-15-ci və 20-23-cü pillələrində yer alan, eləcə də ilkin mərhələdə qrup qalibi olacaq 8 komanda yarışacaq. Ümumilikdə 16 komanda 4 qrupa bölünəcək. B yolundakı qruplardan ancaq ilk pillənin sahibi elit-raunda yüksələcək.
VI səbət: Ev sahibləri
“Etoile Lavalloise” (Fransa), qrupunun 1-si
“Luçenes” (Slovakiya), qrupunun 2-si
“Bonjika” (Serbiya), qrupunun 2-si
4 ev sahibi olacaq klubdan üçü məlumdur. Digər evsahibi komandanın iyulun 19-na qədər müəyyənləşməsi, UEFA püşkatma ilə seçim edəcək.
VII səbət: İlkin mərhələnin qalibləri
A qrupunun qalibi
B qrupunun qalibi
C qrupunun qalibi
D qrupunun qalibi
E qrupunun qalibi
F qrupunun qalibi
G qrupunun qalibi
H qrupunun qalibi
VIII səbət: qrupunun 2-cisi (reytinq 20-23)
“Stalitsa Minsk” (Bolqarıstan)
“Differdange 03” (Lüksemburq)
IX səbət: qrupunun 1-si (12-15)
“Riqa” (Latviya)
“Luksoil Andreus” (Malta)
“Kauno Jalgiris” (Litva)
A yolunda yarışın son qalibi, eləcə də reytinq cədvəlinin 1-11-ci və 16-19-cu pilləsində yer alan komandalar mübarizə aparacaq. 16 iştirakçı 4 qrupa səpələnəcək. B yolundakı qruplardan fərqli olaraq A yolunda hər qrupdan 3 komanda elit-raunda yüksələcək.
X səbət: ev sahibləri
“Palma” (İspaniya), qrupunun 1-si
“Sportinq Anderlext” (Belçika), qrupunun 2-si
“Kayrat” (Qazaxıstan), qrupunun 2-si
“Priştina 01” (Kosovo), qrupunun 4-sü
XI səbət: qrupunun 4-cüsü (reytinq 16-19)
“Rekord Bielsko-Biala” (Polşa)
“Semey” (Qazaxıstan)
“Yunayted Qalati” (Rumıniya)
XII səbət: qrupunun 3-cüsü (reytinq 8-11)
“Haladas” (Macarıstan)
“Plzen” (Çexiya)
“Hit Kiyev” (Ukrayna)
“Dinamo” (Xorvatiya)
XIII səbət: qrupunun 2-cisi (reytinq 4-7)
“Olmissum” (Xorvatiya)
“Doboveç” (Sloveniya)
XIV səbət: qrupunun 1-cisi (reytinq 1-3)
“Sportinq” (Portuqaliya)
“Kartagena Kosta Kalida” (İspaniya)
“Braqa” (Portuqaliya)
Qeyd edək ki, iyulun 4-də UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 16:00-da (Mərkəzi Avropa vaxtı ilə 14:00-da) UEFA-nın Nyon şəhərindəki iqamətgahında başlayacaq.