UEFA Avropa Liqasında “Zirə” ilə üz-üzə gələcək “Şerif” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Tiraspol təmsilçisi braziliyalı futbolçusu ilə vidalaşıb.

Belə ki, Rikardinyo ilə yeni müqavilə imzalanmayıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Qeyd edək ki, Rikardinyo karyerası ərzində 3 müxtəlif vaxtda (2013-2016, 2017 və 2023-cü ildən) "Şerif"in uğurları üçün çalışıb. 34 yaşlı futbolçu 5 qat Moldova çempionu olmaqla yanaşı, 3 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest