Qadın futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi İsveçrə yığmasının Avropa çempionatının seçmə mərhələsinin son oyunları üçün heyəti açıqlanıb. Baş məşqçi Pia Sandeyc Terkiyə və Azərbaycanla görüşlərə 25 oyunçu dəvət edib.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin rəqibi İsveçrə yığmasının Avropa çempionatının seçmə mərhələsinin son oyunları üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Pia Sandeyc Terkiyə və Azərbaycanla görüşlərə 25 oyunçu dəvət edib.

Qapıçılar: Nadine Böhi, Elvira Herzoq, Livia Penq

Müdafiəçilər: Larina Baumann, Luana Bühler, Viola Kalliqaris, Noelle Maritz, Nadine Riesen, Yulia Stierli

Yarımmüdafiəçilər: Noemi İvelj, Lia Kamber, Alişa Lehmann, Katerina Riqazzoni, Komba Sov, Meriam Terçoun, Smilla Vallotto, Leila Vandeler

Hücumçular: Lidia Andrade, Amira Arfaoui, Ramona Bakmann, Ana-Mari Krnoqorçeviç, Aurelye Ksillaq, Naomi Luyet, Ceraldine Reuteler, Sidney Şhertenleib.

Qeyd edək ki, İsveçrə millisi iyulun 16-da doğma arenasında yığmamızı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest