Argentina millisinin kapitanı Lionel Messi Amerika Kubokunun 1/4 final oyununa hazırdı. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu bu gündən kollektivlə məşqlərə qoşulub.

Qrup mərhələsində Çili ilə görüşdə (1:0) oynaq əzələsindən zədə alan Leo Peru ilə qarşılaşmanı (2:0) buraxmışdı. Son məşqə qatılan superulduz artıq komandasına kömək etməyə hazırdı.

Qeyd edək ki, Amerika Kubokunun 1/4 final mərhələsinin Argentina - Ekvador oyunu iyulun 5-də Hyustonda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest