“Lester Siti”nin mərkəz yarımmüdafiəçisi Kirman Dyusberi-Hall “Çelsi”yə keçib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Futbolçunun transferinin təfərrüatları açıqlanmayıb.

Daha əvvəl mətbuatda Kirmanın “Çelsi” ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayacağı bildirilirdi. Bu keçid London klubuna təxminən 30 milyon funt-sterlinqə başa gələcək.

Qeyd edək ki, 25 yaşlı Kirman 2021-ci ildən “Lester Siti”də çıxış edir. 2023/2024 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 49 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest