Sözləşmənin müddəalarına əsasən, “Məlhəm Beynəlxalq Hospital” 2024-25 mövsümündə kluba tibbi xidmət göstərəcək.

“Səbail”lə “Məlhəm Beynəlxalq Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Matc.az xəbər verir ki, imzalanma mərasimi bu gün “ASCO Arena”da keçirilib.

Klubun və hospitalın əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə müqaviləni paytaxt klubunun icraçı direktoru Firuz Qarayev və “Məlhəm Beynəlxalq Hospital”ın icraçı direktoru Sevda Əlizadə imzalayıb.

Sözləşmənin müddəalarına əsasən, “Məlhəm Beynəlxalq Hospital” 2024-25 mövsümündə kluba tibbi xidmət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest