Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Şerif”də daha bir ayrılıq yaşanıb. Moldova klubu hücumçu Vilinton Aponza ilə sağollaşıb.

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Şerif”də daha bir ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Moldova klubu hücumçu Vilinton Aponza ilə sağollaşıb.

Tiraspollularla müqavilə müddəti başa çatan kolumbiyalı forvardın yeni iş yeri də məlumdu. 24 yaşlı oyunçu Moskva “Torpedo”su ilə saziş imzalayıb. Aponza Rusiya klubuna azad agent kimi keçib.

Qeyd edək ki, “Zirə” “Şerif”lə ilk oyununu iyulun 11-də Tiraspolda, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest