“Hacı Hacıyev və Kurban Berdıyev müdafiəni hamıdan yaxşı başa düşən insanlardı”. Matc.az xəbər verir ki, bunu Mahaçqala “Dinamo”sunun müdafiəçisi Vladimir Kovaçeviç “metaratings.ru” saytına açıqlamasında deyib.

Serbiyalı mərkəz müdafiəçisi “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin onun karyerasındakı rolundan danışıb. Kovaçeviç sabiq çalışdırıcısının rəhbərliyi altında oynadığı üçün çox xoşbəxt olduğunu söyləyib:

“Hacıyev və Berdıyev mənə elə nüanslar deyiblər ki, onlarla ünsiyyət qurmazdan əvvəl həmin məqamlardan heç xəbərim yox idi. Hərdən düşünürəm ki, bunları bilmədən 31 yaşıma necə gəlmişəm. Berdıyevlə işlədikdən sonra öz oyunuma başqa gözlə baxıram”.

Qeyd edək ki, yay fasiləsində Mahaçqala “Dinamo”sundan ayrılan Kurban Berdıyev “Turan Tovuz”la 2+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest