Təlim-məşq toplanışı üçün bu gün Türkiyəyə yollanacaq “Sumqayıt”ın yoxlama görüşündə üz-üzə gələcəyi 2 rəqib müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Ankarada Rusiya və Türkiyə komandaları ilə qarşılaşacaq.

Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa komandası “Gənclərbirliyi” ilə görüşəcək.

Digər rəqibin kimliyi isə hələ bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest