“Əl-İttihad” baş məşqçisi Marselo Qalardonu istefaya göndərib. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu ayrılığı rəsmi saytı vasitəsilə elan edib.

Klub rəhbərliyi argentinalı mütəxəssislə yolları ayırmağı öncədən planlaşdırırdı. Çünki Qalyardo qalacağı təqdirdə, fransalı hücumçu Kərim Benzemanın komandadan göndərilməsini tələb etmişdi.

Qalyardonu istefaya göndərən “Əl-İttihad”ın bu posta əsas namizədi “Milan”ın sabiq çalışdırıcısı Stefano Piolidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest