“Qalatasaray"ın belçikalı futbolçusu Dris Mertensin klubdakı taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, “cim-bom” tərcübəli yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb.

Məlumatı klubun mətbuat xidməti rəsmən açıqlayıb. Razılaşmaya əsasən, Mertens daha 1 il “Qalatasaray”ın formasını geyinəcək. Müqaviləyə görə, 37 yaşlı futbolçunun illik qazancı 2 milyon 900 min avro olacaq.

Qeyd edək ki, Mertens 2022-ci ilin yayından “Qalatasaray”da oynayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest